Bir zamanların ən cazibədar aktrisası, uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışan Elmira Həşimzadədən xəbər var.
Milli.Az aktrisanı 25 il sonra tapmağa müvəffəq olub. O, saytımıza açıqlama verərək bunları bildirib:
“Xeyli müddətdir ki, sənətdən uzaqlaşmışam. Uzun illər Sumqayıt Dram Teatrının səhnəsində bir çox rollar oynamışam. Hal-hazırda evdəyəm, istirahət edirəm. 73 yaşım var, artıq özümü sənətdə görmək istəmirəm. Onu da deyim ki, iki nəvəm var, başım nəvələrimə qarışıb”, – deyə aktrisa bildirib.
Qeyd edək ki, aktrisa teatr yaradıcılığı ilə yanaşı bir neçə filmdə də çəkilib. Sənətdən uzaqlaşandan sonra aktrisa mətbuatla əlaqəsini kəsmişdi.