Sumqayıt Təhsil şöbəsinin müdiri və məktəb direktorları Trabzonda – FOTOLAR

3858
Sumqayıt və Trabzon məktəbləri arasında əlaqələr qurulur
Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadənin başçılıq etdiyi və məktəb direktorlarından ibarət nümayəndə heyəti 2 -5 noyabr tarixlərində Türkiyənin Trabzon şəhərində səfərdə olublar.
Səfər Sumqayıt şəhəri 11 nömrəli məktəbinin eTwinning “81 ilde Şanlı Bayrağımız” layihəsi çərçivəsində baş tutub.
Nümayəndə heyəti Trabzon şəhərinin Mahmud Celaleddin Ökten adına Anadolu İmam Hatip Liseyinin dəvəti ilə “Bayraq dizaynı” sərgisində iştirak edib.
Türkiyə səfərində Sumqayıt Təhsil şöbəsinin müdiri ilə yanaşı, Sumqayıt şəhər 11 nömrəli məktəbin direktoru İlahə Həsənli, “Təfəkkür” liseyinin direktoru Qönçə Səftərova, 1 nömrəli məktəbin direktoru Kəmalə Hüseynova, 26 nömrəli məktəbin direktoru Tərlanə Nağıyeva, 13 nömrəli məktəbin direktoru Qədir Mikayılov, 41 nömrəli məktəbin direktoru Leyla Əliyeva, 21 nömrəli məktəbin direktoru Vladim İbrahimov iştirak edib.
Tədbirdə çıxış edən Sumqayıt Təhsil şöbəsinin müdiri Arzu Alızadə Türkiyə və Azərbaycan dostluğunun əbədi və sarsılmaz olduğunu bildirib. A. Alızadə qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsi, eləcə də təhsil müəssisələri arasında əlaqələrin qurulmasında belə layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İki qardaş ölkə arasında böyük dostluq və məktəblərarası əməkdaşlığın təməlini qoyduq. Azərbaycan -Türkiyə əməkdaşlığı bu şanlı bayraqların sevgisiylə əbədi yaşasın. Bayraqlarımızın bir yerdə dalğalanması qürurvericidir”.
Trabzonun Ortahisar rayonunun Milli təhsil şöbəsinin müdiri Şükür Köse də sərginin açılış mərasimində çıxış edərək bildirib ki, eTwinning layihələri Türkiyə ilə layihə tərəfdaşlarını xüsusilə sevindirir: “Bir millət olaraq iki dövlətimiz ət və dırnaqdan çox qan və damar kimidir. Sumqayıt və Trabzonun təhsil müəssisələri arasında qurulan əalqələrin daha da inkişaf etdirilməsi üçün layihənin davamlı olmasını arzulayırıq. Qarşılıqlı müəllim və şagird ziyarətləri ilə qardaşlığımızın təməllərini daha da möhkəmləndirəcəyik”.
Digər çıxış edənlər də ölkələrimiz arasında mövcud olan əlaqələrdən və bu münasibətlərin təhsil sahəsində daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Türkiyə səfəri çərçivəsində Sumqayıtın 70 illiyi münasibəti ilə əlaqədar olaraq nəşr olunan kitablar, qeyd dəftərləri, ölkəmizin üçrəngli şanlı bayrağı Türkiyə məktəblilərinə və Trabzon Milli Təhsil Müdirliyinə xatirə hədiyyələri olaraq təqdim edilib.
Xatırladaq ki, layihənin koordinatoru Elnarə Qurbanzadədir.  

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər