Sumqayıt tennisçiləri Mahaçqalada stolüstü tennis yarışında iştirak ediblər

619

Mahaçqalada stolüstü tennis üzrə Dağıstan hökumətinin mükafatı uğrunda Xəzəryanı dövlətlərin Açıq Kubok yarışları keçirilib.

SalamNews xəbər verir ki, yarışda ölkəmizi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi altında 9 idmançı (5 kişi və 4 qadın) təmsil edib. Kişilərin komanda yarışında tennisçilərimiz bürünc medal qazanıblar. Qadınların şəxsi yarışlarında isə Sumqayıt tennisçiləri Billurə Eminova beşinci və Səbinə Əhmədova altıncı olublar.Yarışın qaliblərinə Dağıstan Respublikasının Bədən Tərbiyəsi və İdman Nazirliyinin Kubokları və diplomları təqdim edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər