Sumqayıt veteranları şəhid Samir Ağayevin ailəsinə baş çəkib

857

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliynin sədri Füzuli Rzaquliyev,  AVMVB-i Sumqayıt şəhər Təşkilatının sədri Mübariz Quliyev,  AVMVB Sumqayıt şəhər təşkilatının nəzdində fəaliyyət göstərən Qarabağ Tədqiqatları Mərkəzinin rəhbəri Seymur Bayramov Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi pozması nəticəsində şəhid olmuş hərbi qulluqçu 1985-ci il təvəllüdlü  Ağayev Samir Hidayət oğlunun ailəsinə baş çəkiblər. Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan şəhid ailəsinə baş sağlığı veriblər.Şəhidlərimiz millətimizin və tariximizin yaddaşında daim yaşayacaqlar və böyük sevgi ilə xatırlanacaqlar.   Şəhidlər ölməz varlıqdırlar.Qeyd edək ki, Samir Ağayev Tovuz rayonu hərbi komissarlıqdan hərbi xidmətə çağrılıb. Füzuli rayonunun Aşağı Əbdürrəhmankəndi yaxınlığında ermənilərin atəşkəsi pozması nəticəsində martın 23-də şəhid olub.  Eyni zamanda Biləsuvar rayon Əliabad kəndində   milli qəhrəman Mübariz  İbrahimovun ailəsi ilə də görüş keçirildi.Allah  bütün şəhidlərimizin  yaxınlarına səbr versin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər