Sumqayıtda “11 Apreldən Zəfərə” elmi-praktik konfrans keçirilib – FOTOLAR

741
Aprelin 11-də YAP Sumqayıt şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının sədri, Zati-Aliləri İlham Əliyevin Prezident seçilməsinin 4-cü ilinə həsr olunmuş “11 Apreldən Zəfərə” elmi-praktik konfrans keçirilib.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədri, YAP İdarə Heyyətinin üzvü Ramiz Hüseynov, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, Emin Hacıyev, ərazi partiya təşkilatlarının sədrləri və siyasi fəallar iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov siyasi proseslərə nəzər salaraq qeyd etdi ki, Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyev xalq-hakimiyyət birliyini, başçısı olduğu dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini mükəmməl şəkildə tənzimləyən, xalqını arxasınca aparmağı bacaran güclü və savadlı liderdir. 11 aprel 2018-ci il – xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirdiyi tarixdir. Məlum olduğu kimi, bu tarixdə xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisə baş verdi. Ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi və növbəti dəfə dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə yüksək etimad nümayiş etdirildi. Xalqımız öz layiqli və ədalətli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi və Prezident İlham Əliyevin seçkidə inamlı qələbə qazanmasını təmin etdi.
Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmiş, səsini Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolu layiqli davam etdirən Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqın etimadini qazanan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuş və hərtərəfli inkişafa nail olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini təmin etdiyini – söyləyən sədr qeyd etdi ki, bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Beləliklə, ötən 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişaf yolu keçildiyini, bütün sahələrdə böyük nailiyyətlər əldə edildiyini bildirən sədr qeyd etdi ki, bu gün 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər tariximizin ən mühüm hadisələrindən biri və bəlkə də birincisi olduğunu qeyd edən sədr vurğuladı ki, dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük qürur hissi ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşib. Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov çıxış edərək bildirib ki, 2003-cü ildən başlayaraq Sumqayıt şəhərinin inkişafı Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılıb. Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında ölkə başçısı şəxsən iştirak edib. Prezidentliyi dövründə cənab İlham Əliyev Sumqayıt şəhərinə 30 səfər edib ki, bu səfərlərin də hər biri Sumqayıt şəhəri üçün əlamətdar hadisələrlə yadda qalıb. Son illər ərzində Prezident İlham Əliyevin açılışını etdiyi “SOCAR Polymer”, polipropilen və yüksək sıxlıqlı polietilen, Karbamid zavodları və digər müəssisələr hesabına Sumqayıtda minlərlə yeni iş yerləri yaradılıb.
Teymur Səmədov qeyd edib ki, Artıq əminliklə deyə bilərik ki, Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. Son illər görülmüş işlər nəticəsində Sumqayıt şəhərinin iqtisadiyyatı sürətlə inkişaf edib, aparıcı sahələrdə müsbət irəliləyişlər təmin olunub, yeni istehsal sahəsinin yaradılması nəticəsində ümumi daxili məhsul istehsalının həcmi dəfələrlə artıb. Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.
Millət vəkili Hicran Hüseynova qeyd edib ki, İlham Əliyevə səs verməklə Azərbaycan vətəndaşları sabitliyə səs veriblər. Seçkilərin nəticələri Azərbaycan xalqının bir daha Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycan vətəndaşlarının sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa səs verməsinin əyani ifadəsidir. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu.
Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Lider-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut edən 11 aprel seçkiləri həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu.
Sonra Millət vəkili Müşfiq Məmmədli qeyd etdi ki, Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilən prezident seçkilərində də növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbəyə nail olan cənab İlham Əliyev ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımların atılması ilə xarakterik yeni uğurlu islahatlar mərhələsinə keçidə təminat vermişdir. Dövlətimizin başçısı tərəfindən aparılan islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Millət vəkili qeyd edib ki, ötən 18 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.
Daha sonra Millət vəkili Emin Hacıyev çıxış edərək bildirib ki, Azərbaycan seçicisi cənab Prezidentə etimad göstərməklə davamlı inkişafa, güclü dövlət quruculuğuna, yüksək sosial rifaha, iqtisadi tərəqqiyə, sabitliyə, özünün işıqlı gələcəyinə, bir sözlə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısına səs verdi.
Son 4 ildə ölkəmiz öz müstəqillik tarixinin ən şanlı mərhələsini yaşadı. Müzəffər Ali Baş Komandanın rəbərliyi ilə güclü Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. 2020-ci ilin sentyabrın 27-də əks-hücüm əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanın ordusu darmadağın edilərək Qarabağımız, Şərqi Zəngəzurumuz öz azadlığına qovuşdu. 2020-ci il 10 noyabr tarixli Bəyanatla təcavüzkar Ermənistan öz məğlubiyyətini bütün dünyanın gözləri qarşısında etiraf etməyə məcbur oldu.
Tədbirdə həmçinin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinin direktoru Pərvanə Hacıyeva, Prezident təqaüdçüsü Təbrik Quliyev mövzu ətrafında çıxışlar etdilər
Sonda YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tədbir iştirakçılarına təşəkkürlərini bildirdi və tədbirə yekun vurdu
 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər