Sumqayıtda 180 mindən çox mövsümü gül, dekorativ kol və ağac əkilib

529

“Ekologiya ili” çərçivəsində Sumqayıtda mövcud olan bütün küçə, park və alleyalardakı yaşıllıq sahələrinə mütəmadi olaraq aqrotexniki qulluq göstərilməklə yanaşı, eyni zamanda cari ilin iyun ayı ərzində şəhərin bir çox ərazilərində yeni ağaclar əkilib, abadlıq-bərpa işləri aparılıb. Sumqayıt şəhər İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsindən verilən məlumata əsasən ötən ay ərzində şəhərin müxtəlif ərazilərində ümumilikdə 860 m2 yeni qazon sahəsi, bundan əlavə 180 mindən çox mövsümü gül, dekorativ kol və ağaclar əkilib. Belə ki, şəhərin Koroğlu və Bakı küçələrində 180 min ədəd mövsümü gül, 440 ədəd eonimus kolu, 40 ədəd alyandra əkilib.  Eyni zamanda yaşıllıqlara verilən suvarma işlərinin keyfiyyətinin artırılması, su itkisinin qarşısının alınması məqsədilə 660 p/metr yeni su xətti çəkilib.

Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26,5 kv. metr təşkil edir ki,  bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Lakin buna baxmayaraq, bu göstəricinin 2 dəfə artırılaraq 50 kv. metrə çatdırılması nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər