Sumqayıtda 2 yaşlı uşaq yol qəzasında ölüb

722

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədəAPA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə saat 02.00 radələrində, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 30 yaşlı Cavidan Əliyev idarə etdiyi “Vaz-2107” markalı, 20 CS 107 dövlət nömrə nişanlı avtomobili yol kənarındakı ağaca çırpıb. Nəticədə maşında olan sərnişin, C. Əliyevin 2 yaşlı oğlu Ənvər Əliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Sürücü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Mart 18, 2011 - 00:59

    GECE SAAT 2-DE 2 YASLI USAQNAN HARDAN GELIRMIS GORESEN? USAGA GORE PIS OLDUM,GOR ANASI NELER CEKIR INDI,DEHSETDI.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər