Sumqayıtda 2010-cu ilin birinci rübünün yekunları müzakirə edilib

813

20.04.2010Bu gün Sumqayıt şəhər İcra hakimiyyətində 2010-cu ilin birinci rübündə Sumqayıt şəhərinin sosial və iqtisadi sahələrində həyata keçirilən işlərin yekunu haqqında müşavirə keçirilib. İclasda hesabat məruzəsi ilə çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev ötən üç ay ərzində şəhərin əsas iqtisadi göstəriciləri üzrə artımın əldə olunduğunu, şəhər üzrə məhsul və xidmətlərin buraxılışında, orta aylıq əmək haqqı göstəricisində, investisiyaların həcmində keçən ilin müvafiq dövrü ilə müqayisədə müsbət dinamikanın nəzərə çarpdığını qeyd edib. Toplantıda daha sonra şəhər Bələdiyyəsinin sədri Ə. Babayev, 6 nömrəli bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi S. Hüseynov, Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsinin 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi F. Vahabov, Qaz İstismar sahəsinin rəisi M. Cəbrayılov, Şəhər İcra hakimiyyəti başçısının H. Zeynalabdin qəsəbəsi üzrə nümayəndəsi N. Rzayev çıxış edərək hesabat dövrü ərzində görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumat veriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər