Sumqayıtda 3 ədəd top mərmisi aşkarlanıb

754

3675sumqayitxeber.com sayti Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yolda partlamamış döyüş sursatı aşkarlanıb. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanmış əşyalara baxış keçirmişlər. Baxış zamanı aşkarlanmış əşyaların döyüş sursatı olduğu təsdiqlənmişdir. Müəyyən edilmişdir ki, bu, istifadə olunmuş, lakin partlamamış, birinin üzərində döyüş başlığı olan 3 ədəd “D-44” tipli top mərmisidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər