Sumqayıtda 3300 ədəd ağac əkilib

718

Sumqayıtda şəhərinin inzibati ərazisində yaşıllıqların salınması, ağaclar əkilməsi və aqrotexniki qulluq göstərilməsi ilə bağlı daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən cari ilin noyabr ayı ərzində 3300 ədəd ağac əkilib. Bu barədə şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərliyi ilə Sumqayıtın 2010-2011-ci il qış mövsümünə hazırlığına həsr olunmuş geniş müşavirədə məlumat verilib. Bildirilib ki, ağaclar şəhərin Ü. Hacıbəyov, Çerkassı, İ.Qayıbov, Niyazi, İnşaatçılar küçəsində, 12-ci mikrorayon ərazisində və Bakı-Quba yolunda əkilib.

Qeyd edilib ki, 2010-cu ilin əkin mövsümündə şəhər ərazisində kol və ağacların əkilməsi, yaşıllıqların salınması istiqamətində yerlər müəyyənləşdirilib, layihələr hazırlanıb. Əkin mövsümü ərzində şəhər ərazisində 26600 ədəd ağac, 4000 ədəd kol əkilməsi və 1500 p/m suvarma xətlərinin çəkilməsi nəzərdə tutulub. Bu məqsədlə şəhərin müxtəlif ərazilərində iməciliklərin keçirilməsinə start verilib. Növbəti iməciliyin keçirilməsi isə bu həftənin sonuna planlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər