Sumqayıtda 57 ahıla ərzaq yardımı paylanılıb

758

Hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə ehtiyacı olanlara yardım göstərilir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, cəmiyyətin Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 57 ahıla bayram ərəfəsində ərzaq yardımı paylanılıb. Bölməyə gəlmək imkanı olmayan yataq xəstələrinin ərzaq yardımı evlərinə çatdırılıb.

Ahıllar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər