Sumqayıtda 62 sürücü haqqında protokol tərtib edilib

545

Sumqayıt şəhər Dövlət Yol Polisi yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı növbəti reydlərini həyata keçirib. SİA-nın məlumatına görə, bu gün keçirilən reyd zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan 62 sürücü haqqında protokol tərtib edilərək cəzalandırılıb,11 avtomobil isə cərimə meydançasına aparılıb.

Sumqayıt şəhər Dövlət Yol Polisi dəfələrlə bəzi sürücülərə yol hərəkət qaydalarını pozmamağa, qadağan olunmuş pərdə və plyonkadan istifadə etməməyə çağırsa da amma onlar buna məhəl qoymurlar.

Ceyhun Rasimoğlu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər