Sumqayıtda Açıq Əyləncəli Futbol Məktəbləri fəaliyyətə başlayıb

912

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Açıq Əyləncəli Futbol Məktəblərinin təntənəli açılışı keçirilib. Tədbirdə 200 nəfərə yaxın uşaq və 12 məşqçi iştirak edib.

Sumqayıtda açılan Açıq Əyləncəli Futbol Məktəbi bu il ölkəmizdə fəaliyyət göstərəcək 10 məktəbdən biridir. Yaxın günlərdə Qusar, Ağdam, Bərdə, Yevlax, Oğuz, Astara, Masallı, Yardımlı və Mingəçevirdə Açıq Əyləncəli Futbol Məktəbləri fəaliyyətə başlayacaq.
Qeyd edək ki, məktəblərdə çalışan məşqçi və liderlər bu il iyulun 8-dən 12-dək Gürcüstanın paytaxtı Tbilsidə və Oğuz rayonunda təşil olunmuş hazırlıq kurslarında iştirak ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər