Sumqayıtda ağır yol qəzası

640
Sumqayıt şəhərində Bakı-Quba yolunun 42-ci kilometrliyində “KAMAZ” və “QAZEL” markalı iki yük avtomobili toqquşub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Məlum olub ki, 4 nəfər xəsarət alıb.
Yaralılardan biri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. O, xilasedicilərin köməkliyi ilə nəqliyyat vasitəsindən çıxarılıb və digər yaralılar kimi xəstəxanaya aparılıb.
Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 14:08-də başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər