Sumqayıtda ağır yol qəzası

1227

md0WqzvNrXSumqayitxeber.com sayti Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhərində, Bakı-Quba yolunun 22-ci kilometrliyində “Fiat” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dəmir səddə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmış, 1 sərnişin hadisə yerində həlak olaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə ölən şəxsin cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 06:49-da başa çatmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər