Sumqayıtda ahıl qadını amansızlıqla qətlə yetirənə hökm oxundu

883

Elçin Fərzəliyev 14 il 6 ay iş aldı

sumqayıtDünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ahıl qadını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şabran rayon sakininə hökm oxunub.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Şabran rayon sakini Elçin Fərzəliyevin cinayətinin sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə E.Fərzəliyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2009-cu il dekabrın 8-də Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində yaşayan 1930-cu il təvəllüdlü Havanisə Novruzovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin mərhumun evində kirayədə yaşayan və əvvəllər 4 dəfə məhkum olunmuş Şabran rayon sakini, 1983-cü il təvəllüdlü Elçin Fərzəliyev tərəfindən törədildiyi məlum olub.

İstintaq zamanı məlum olub ki, E.Fərzəliyev H.Novruzovanın nəvəsinin evdə olmamasından istifadə edərək, qadına hədə-qorxu gələrək pul tələb edib. Nəticədə qadını bıçaqla qətlə yetirib.

Evdə axtarış aparan E.Fərzəliyev mənzildən pul tapa bilməyib. Təqsirləndirilən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adamöldürmə) maddəsilə ittiham olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Sumqayitlibalasi
    Aprel 17, 2010 - 22:13

    Slamlar cox sagolun xebere gorre Allah lehnet elesin bele adamlara ki inan oldururler onsuzda onlarin cezaini Allah verecek amin ya rabbele alemin

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər