Sumqayıtda arvadını öldürən ər ANS-ə danışdı (YENİLƏNİB)

773

Ailə məişət münaqişəsi növbəti dəfə qətl hadisəsinə səbəb olub. Bədbəxt hadisə Sumqayıt şəhərində, 9-cu mikrorayon ərazisində yerləşən parkda baş verib. Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Gülnarə Vahid qızı Nəsirova keçmiş həyat yoldaşı Taleh Əmirağa oğlu Hüseynov tərəfindən çoxsaylı bıçaq zərbələri alıb. Yaxınları onu xəstəxanaya çatdırmaq istəsələr də, artıq çox gec olub. Çünki bıçaq xəsarətlərindən ən azı ikisi Gülnarənin ürəyinə dəyib və onu parçalayıb. Ən dəhşətlisi də budur ki, baş verənlərə Gülnarə Nəsirovanın 2 və 4 yaşlarında olan iki azyaşlı övladı da şahid olub. Əlini azyaşlı övladlarının anasının qanına bulayan ata Hüseynov isə hadisə yerindən qaçıb.

Dünyasını dəyişən Gülnarə Nəsirovanın yaxınları onun əri ilə yollarını təxminən bir il əvvəl ayırdığını bildirblər. Buna isə Talehin tez-tez sərxoş halda evə gəlməsi və həyat yoldaşını, övladını döyməsi səbəb olub. Hətta bir neçə dəfə ciddi xəsarətlər alan Gülnarəyə xəstəxanada yardım göstərilib.

Bütün bunları nəzərə alan Nəsirovlar ailəsi Taleh Hüseynov barəsində Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə bir neçə dəfə şikayət ərizəsi ilə müraciət də ediblər. Buna baxmayaraq onlar bölmənin əməkdaşlarının baş verənlərə biganə yanaşmasından gileylənirlər.

Hadisədən sonra həmin əraziyə Sumqayıt şəhər Prokurorluğunun və ərazi üzrə 3-cü polis bölməsinin əməkdaşları da gəlib. Hadisə yerinin müayinəsindən sonra meyit müayinə üçün məhkəmə tibbi ekspertizasına aparılıb. İlkin müayinə zamanı Gülnarə Nəsirovanın bədənində ən azı 14 bıçaq xəsarəti aşkar olunub.

Hadisədə şübhəli bilinən Taleh Hüseynov məsuliyyətdən yayınmaq istəsə də, polis onu tez bir zamanda ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

Daxili İşlər Nazirliyi baş vermiş qətllə bağlı məlumat yayıb. Məlumatda Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Hüseynovun hadisəni qısqanclıq üstündə törətdiyi bildirilir. Məlumata görə, T. Hüseynov eyni zamandaş arvadı ilə birgə olan Sumqayıt şəhər sakini Teymur Məmmədova da bud nahiyəsindən xəsarət yetirib.

***
ANS-in mikrofonuna danışan Taleh Hüseynov bildirib ki, hadisəni qısqanclıq zəminində törədib: “Gülnarəni parkın içində bir oğlanla gördüm. Yaxınlaşıb oğlanı təpiklə vurdum. Yıxıldı yerə. Gülnarəni isə uşaqların yanından kənara çəkib bıçaqla vurdum. Neçə zərbə endirdiyim yadımda deyil. Onun bir nəfərlə görüşdüyünü bilirdim. Görəndə dözə bilmədim. Etdiyi hərəkəti özümə sığışdırmırdım”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Aprel 17, 2011 - 22:55

    ELE QEYRETLI ER IDINSE ESL KISHI OLARDIN,VAXTINDA AILEVI SAXLAYARDIN.AYRILANNAN SONRA SENIN NE IXTIYARIN VAR KI,O QADINI QISQANMAGA???? NIYE AXI BIZIM BEZI KISHILER NAMUSU ANCAQ BELE SHEYDE GORURLER EE.NAMUSLU,QEYRETLI KISHI ODUKI,ARVADINI USAGINI HEC KIME MOHTAC ETMIR.AZDAN-COXDAN OZU KISHI KIMI DOLANDIRI AILESIN.YOXSA GEDIB KAFEDE YEYIB,ICIB QARINLARIN DOYDURURLAR,HANSIKI ARVAD USAGI EVDE ACINNAN OLUR.AMMA ARVADINI COLE BAYIRA CIXANDA QISQANIR KI,AMANDI SENE KIMSE BAXAR.QEYRET BUDU BEYEM??? ARVADI BEYENMEMISEN BOSAMISAN,INDI SENIN NE BORCUVA O NEYNIYIR.O USAQLARI GORDUM ETIM BIZ-BIZ OLDU VALLA.ATASIZ IDILER,ANASIZ DA QALDILAR.O USAQLARI DUSUNMEDIN BES AYY “NAMUSLU” KISHII????

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər