Sumqayıtda ata və iki övladı dənizdə batıb

285

Bogulan-140709Sumqayıt şəhərində bir ailənin üç üzvü dənizdə boğulub. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 5-də saat 00.30 radələrində “Diana” restoranının arxasındakı çimərlikdə baş verib. Çimərlikdə istirahət edən Xırdalan şəhər sakinləri – 1968-ci il təvəllüdlü Əhməd Rəhimov, onun övladları, 1994-cü il təvəllüdlü Hikmət Rəhimov və 1998-ci il təvəllüdlü Şahin Rəhimov dənizdə çimərkən boğulublar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Batan şəxslərdən ikisinin meyitini dənizdən çıxarmaq mümkün olub. Ş. Rəhimovun meyitinin tapılması istiqamətindən axtarış tədbirləri davam etdirilir.
APA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər