Sumqayıtda Azərbaycan polisinin yaranmasının 100-cü ildönümü qeyd edilib

5556

Azərbaycan polisinin yaranmasının 100-cü ildönümü və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Polis işçilərinin peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, polis veteranları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçib. Müstəqil Azərbaycanın daxili işlər orqanlarının formalaşmasında ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu vurğulayıb.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis general-polkovniki Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Polis işçilərini bayram münasibəti ilə təbrik edib.
Tədbirdə Azərbaycan polisinin keçdiyi şərəfli yoldan bəhs edən məruzə dinlənilib. Bildirilib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Mərasimdə polis orqanlarında səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər Polis İdarəsinin bir qrup əməkdaşına və polis veteranlarına fəxri fərmanlar və pul mükafatları təqdim edilib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər