Sumqayıtda balıqçı qayığı batdı: 4 nəfər suda boğulub

752

Fövqəladə Hallar Nazirliyindən ANS-ə verilən məlumata görə, itkin düşən digər iki balıqçının şəxsiyyəti dəqiqləşib. Bunlar Zəynəladin Tağıyev qəsəbəsinin sakinləri 32 yaşlı Hüseynov Səxavət Hidayət oğlu və 25 yaşlı Hümmətov Heybətağa Həsən oğludur. Onların valideyinlərinin dəniz kənarında övladlarını axtardığı bildirilir.

19.01
Novxanı Sularda Xilasetmə Məntəqəsinin rəisi Ramin Qurbanovun ANS-ə verdiyi məlumata görə, balıqçılardan biri Corat qəsəbəsi yaxınlığında sahil kənarından 200 metr içəridə tapılıb. Digər meyit isə dəniz sularının 4 kilometr içərisində aşkar olunub: “Onların əynində xilasedici jilet olduğuna görə, onların meyitləri suyun üzündə qalıb və bu səbəbdən onları tapmaq mümkün olub”.

18.10
Xəzər dənizində batan 4 balıqçıdan ikisinin axtarışları davam etdirilir. Hava küləkli olduğundan hündür dalğalar axtarış işlərinə mane olur. Axtarışa Fövqəladə Hallar Nazirliyinin iki heliopteri cəlb olunub.

14.53
Xəzər dənizində azərbaycanlılara məxsus balıqçı qayığı batıb. ANS-in hadisə yerində olan müxbirinin məlumatına görə, 4 balıqçı dünən şər qarışan vaxtı Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindən dənizə çıxıb. Xeyli vaxtdan sonra balıqçıların gəlməməsindən narahat olan ailə üzvləri Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Ərazidə dərhal axtarışlara başlanılıb.

Nəticədə bu gün günorta saatlarında qayıqda olan 4 nəfərdən ikisinin meyiti sudan çıxarılıb. Bunlar 22 yaşlı Bəylər Mövlanverdi oğlu Hətəmov və 31 yaşlı Pavel Vasilyeviçdir. Onların meyiti qayığın batdığı yerdən xeyli uzaqda, dəniz sularının Corat qəsəbəsinə aid hissəsindən çıxarılıb. Meyitlərin küləyin təsiri nəticəsində uzağa getdiyi bildirilir.

Hazırda digər iki nəfərin axtarışları davam etdirilir.Mənbə: ANSPRESS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər