Sumqayıtda baş verən yol qəzasında nənə və nəvə xəsarət alıb

1890

Sumqayıtda yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. “KaMAZ” markalı yük maşını “Lexus” markalı minik avtomobilini arxadan vurub.

Hadisə nəticəsində minik avtomobilində olan, 1959-cu il təvəllüdlü Salayeva Dilrübə Əhmədağa qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Məmmədli Rafael Elşad oğlu xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər