Sumqayıtda baş vermiş kütləvi dava ilə bağlı beş nəfər həbs olunub

871

Sumqayıtda baş vermiş kütləvi dava ilə bağlı beş nəfər həbs olunub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, saxlanılan şəxslər Sumqayıt şəhər sakinləri, 1986-cı il təvəllüdlü Elvin Fərhadov, 1981-ci il təvəllüdlü Azər Bəndəliyev, 1984-cü il təvəllüdlü Samir Qəhrəmanov, 1988-ci il təvəllüdlü Müşfiq Vəli oğlu Həsənov və 1986-cı il təvəllüdlü Ruslan Fərəcovdur.

Onlar Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə müxtəlif müddətlərə inzibati həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, sentyabrın 11-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında kütləvi dava düşməsi barədə mətbuatda xəbər verilib. Hadisə şahidlərinə istinadən yayılan məlumatlara görə, kütləvi dava vəzifəli şəxslərin qohumları arasında baş verib. Təxminən 20-25 dəqiqə çəkən davada xeyli gənc iştirak edib. Daha sonra əraziyə gələn Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat qrupu onları dağıdıb. Davada bir neçə nəfər xəsarət alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər