Sumqayıtda Bayraq muzeyi nə vaxt istifadəyə veriləcək? – VİDEO

735
“Sumqayıt bulvarı” istirahət kompleksi ərazisində daha bir mədəniyyət abidəsinin – Bayraq Muzeyi üçün binanın inşası uğurla davam etdirilir.
sumqayitxeber.com xəbər verir ki, ikimərtəbəli binada müasir işıqlandırma istilik və soyutma sistemi quraşdırılıb. Həmçinin təhlükəsizliyin təmin olunması məqsədilə kameralar qoyulub. Binanın dam örtüyü vurulub, fasadı aqlay daşlarla üzlənib. Hazırda ərazidə abadlıq işləri aparılır. Burada yaşıllıqlar salınacaq, dekorativ ağaclar və gül kolları əkiləcək. Sumqayıtda Bayraq Muzeyinin yaradılması Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına, vətənpərvərlik ruhunun yüksəlməsinə mühüm töhfə olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər