Sumqayıtda bir ailənin üzvləri qidadan zəhərləndi

745

Sumqayıt şəhərində bir ailənin üzvləri qidadan zəhərlənib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, noyabrın 28-də Sumqayıt şəhərindəki 13-cü mikrorayonda yaşayan Elnur Hüseynov, arvadı Xatirə və qızı Zəruş evlərindən qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Aparılan araşdırmalardan sonra məlum olub ki, ailə üzvləri hisə verilmiş balıqdan zəhərləniblər. Onların vəziyyətləri hazırda qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər