Son illər Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
Son 5 il ərzində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.
Bu işlər hazırda da davam etdirilir. Şəhərin 9-cu mikrorayon ərazisində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yollar hazırda təmir olunur.
Qeyd edək ki, şəhərin 9-cu mikrorayon ərazisində yol infrastrukturu əsaslı təmir olunduqdan sonra, şəhər sakinlərinin ehtiyacları nəzərə alınaraq 25 saylı marşurut xətti bərpa olunacaq.