Sumqayıtda daha bir pedaqoq koronavirusun qurbanı olub.
Sumqayıt şəhər 35 saylı tam orta məktəbin İngilis dili müəllimi Nüşabə Abbasova bir müddət əvvəl koronavirusa yoluxub. Ev şəraitində müalicə alan N. Abbasova sonradan Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq N. Abbasova noyabrın 12-də dünyasını dəyişib.