Sumqayıtda “Davay, do svidaniya!” muzeyi və restoranı

703

“Tı kto takoy, davay, do svidaniya!” meyxanası ilə məşhurlaşan İntiqam və Ehtiram Rüstəmov qardaşlarına qiymətli hədiyyə edilib. Bunu Lent.az-a açıqlamasında Etiram və İntiqam qardaşları deyib.

“Sumqayıt şəhərində, parkın içində bizə böyük yer hədiyyə olunub. Hazırda orada 3 mərtəbəli binanın bünövrəsi qoyulub. Bu binanın bir mərtəbəsi muzey, digər iki mərtəbəsi isə restoran kimi fəaliyyət göstərəcək və “davay do svidaniya” adlanacaq. Bina tam hazır olduqdan sonra isə Moskvadan NTV  və digər xarici ölkə telekanalları bu restoran və muzeyi işıqlandıracaqlar. Binanın tam hazır olması isə 2-3 ay vaxt aparacaq”, – deyə qardaşlar əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər