Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub – FOTOLAR

709

Dekabrın 29-da Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirilib.

Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək şəhər sakinlərini və tədbir iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Şəhər rəhbəri Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirib. 2016-cı ilin Sumqaylt şəhəri üçün də uğurlu olduğunu vurğulayıb.

2016-cı ildə Sumqayıt şəhərində həyata keçirilən layihələr, görülən işlərlə bağlı hazırlanmış film nümayiş olunub.

Şəhərin sosial iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənənlərə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.

Bayram şənliyində respublikanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Tədbir iştirakçılarına bayram süfrəsi açılıb. Sonda Sumqayıt bulvarında atəşfəşanlıq olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər