Sumqayıtda Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib

1397

Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev bildirib ki, Mərkəz bir həftəyə yaxındır fəaliyyət göstərməsinə baxmayaraq artıq məşğulluğun təmin olunması istiqamətində ciddi addımlar atılıb, müsbət nəticələr əldə olunub.  Bir sıra problemlər aradan qaldırılıb.

Qeyd olunub ki, hazırda  Əlaqələndirmə Mərkəzinə məşğulluqla bağlı 25 müəssisə üzrə 50 vakansiya təqdim olunub.

İclasda Əlaqələndirmə Mərkəzinin gələcək fəaliyyəti və mövcud problemlərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər