Sumqayıtda əsgəri maşın vurub

868

Ötən gecə Sumqayıt şəhəri, Kərpic zavodu ərazisində Azərbaycan ordusunun əsgərini maşın vurub.

Bbu barədə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Sumqayıt şəhər sakini, Fuad Məmmədov idarə etdiyi “10 UG 587” dövlət nömrə nişanlı yük maşını ilə piyada, 18 yaşlı Qəhrəman Ömürmalı oğlu Cavadovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Polis idarəsindən həmçinin bildirilib ki, hadisə zamanı dünyasını dəyişən Q.Cavadov Goranboyda yerləşən “N” saylı hərbi hissənin əsgəridir. O, 1 həftəlik məzuniyyətə gəlibmiş.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər