Sumqayıtda yaşayış evi partlayıb. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata əsasən, hadisə ötən gün saat 00.30 radələrində 45 yaşlı Taleh Yolu oğlu Məmmədova məxsus Qurd Dərəsi Bağlar massivi, 99 A ünvanındakı evin vanna otağında qeydə alınıb. Ev sahibi elektirik lampasını yandırarkən mənzilə qaz sızmasını hiss etməyib və partlayış baş verib.
Nəticədə T. Məmmədov gövdə, hər iki diz, baş və üz nahiyyəsindən yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Sumqayıtda ev partladı
•
753