Sumqayıtda əvvəllər məhkum olunmuş şəxslərdə bir kiloqramdan çox narkotik vasitə aşkarlanıb

556

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şıxalıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 750 qram heroin və 99 qramdan çox metamfetamin aşkarlanaraq götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rəcəbov yaxalanıb. Şəxsi axtarış zamanı ondan 360 qram marixuana aşkarlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər