Sumqayıtda film nümayişi olacaq

872

Sumqayıtda Səməd Vurğun adına Mədəniyyət sarayında davamlı olaraq film nümayişi olacaq. Film nümayişlərinin təşkilatçısı “sumqayitxeber.com” saytının baş redaktoru Eyvaz Qocayevdir. Məlumata görə, hələlik ay ərzində təxminən 2 film nümayiş olunacaq. İlk nümayiş isə iyunun 5-də saat 18.00-da baş tutacaq. Gənclərin istəyini nəzərə alaraq ilk film “Aşk tesadüfleri sever” filmi olacaq.Ümumilikdə isə yeni filmlərlə yanaşı, retro filmlərin, xüsusilə də milli filmlərin göstərilməsi nəzərdə tutulub.
Giriş biletlə olacaq. Əlaqə tel: (055) 794 64 96

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bəhruz
    İyun 1, 2011 - 11:14

    Eyvaz bəy başda olmaqla bütün təşkilatçılara sonsuz təşəkkürümü bildirirəm. şəxsən mən əvvəllər həftə sonlarımı necə dəyərləndirəcəyim barədə çox düşünürdüm. artıq bunu düşünməyə ehtiyac yoxdur. Çünki ya teatrda gözəl tamaşalar təşkil olunur, ya da ki artıq bundan sonra filmlər olacaq. çox əla. gələcək fəaliyyətinizdə uğurlar…

  • vuqar
    İyun 1, 2011 - 21:34

    Salam,Eyvaz bey Semed Vurgun adina medeniyyet sarayi harada yerlesir?Bilmek isterdim

  • sumqayitxeber.com
    İyun 2, 2011 - 09:49

    Salam…Teatr binasında…İcra hakimiyyəti ilə üzbə-üz

  • vuqar
    İyun 2, 2011 - 15:55

    Tesekkurler

  • nurlan
    İyun 5, 2011 - 01:37

    salam.biletin qiymeti neceyedir?

  • sumqayitxeber.com
    İyun 5, 2011 - 09:27

    Hələlik güzəştli olduğu üçün 1 MANAT

  • Esmer
    İyun 5, 2011 - 17:58

    Teesssuf ki,xeber indi oxudum.Artiq gecdi.Bu filmi cox seyr etmek isterdim.Amma sehermizde film numayisine cox sevindim.Insallah gelen defe mutleq istirak edecem.

  • AYDIN
    İyun 6, 2011 - 20:42

    Salam.Numayisde istirak etdim.Teatr binasi sirf kino zali olmadigi ucun ses effekti ele de gozel deyildi.Amma Seherimizde film izlemek cox gozeliydi.Hemise Sumqayitda niye kino seanslari olmur deye cox deyinirdim.Insallah davamli olar elediyiniz.Eziyyeti kecen her kese minnetdaram.Yeni filmler gozleyirik butun dostlarla.Ugurlar

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər