Sumqayıtda “Gənclik, peşə seçimi və karyera planlaşdırılması” mövzusunda təlim keçirildi

660

Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasının konfrans zalında “Gənclik, peşə seçimi və karyera planlaşdırılması” mövzusunda təlim keçirilmişdir.
AzərTAc xəbər verir ki, şəhər gənclər və idman baş idarəsinin sektor müdiri Rüstəm Sadıqzadə tədbirin məqsədindən danışaraq, təlimin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq təşkil edildiyini diqqətə çatdırmışdır.
“Karyera bələdçisi”, “Fərdi inkişaf və karyera” kitablarının müəllifi, “Sumqayitxeber.com” internet qəzetinin təsisçisi Eyvaz Qocayevin apardığı təlimdə düzgün peşə seçimi və uğurlu iş axtarışı ilə bağlı nəzəri və praktiki məlumatlar, peşə seçimində özünü tanımanın önəmi, iş axtarışı və peşə seçimi zamanı nəzərə alınmalı olan fiziki, psixoloji amillər, iş axtarışı prosesinin mərhələləri və s. barədə gənclərə dolğun məlumat verilmişdir.
Gənclər təlim barədə öz müsbət fikirlərini bildirmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər