Sumqayıtda həvəskar velosipedçilər arasında şəhər yarışı keçirilib – FOTOLAR

649

Bu gün Sumqayıtda ümummilli lider Heydər Əliyevin abidəsi önündə Sumqayit şəhərinin 65 illik yubileyinə həsr olunmuş həvəskar velosipedçilər arasında  4-cü şəhər yarışı keçirilib. Sumqayıt İcra Hakimiyyətinin təşəbbüsü və şəhərin Baş Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən yarışda  şəhərin ayrı-ayrı yaşayış massivlərini təmsil edən  200 nəfərdən çox həvəskar velosipedçi iştirak edib. Velosipedçilərdən sonra 40-a yaxın həvəskar çaparların müəyyən məsafə üzrə yarışlarına start verilib. 

Dövlət himni səslənəndən sonra idmançıların nümunəvi çıxışları və musiqi nömrələri nümayiş olunub. Tədbiri Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkilləri, hüquq mühafizə orqanlarının və idarə, müəssisə təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri və minlərlə şəhər sakini izləyib.

Sonda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tərəfindən I-III yerləri tutan idmançılara pul mükafatı, IV-X yerləri tutan idmançılara xatirə hədiyyələri və diplomlar təqdim edilib.

Şəhərin 65 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər sentyabrın 23-də “Bayraq Meydanı”nda təntənəli paradın keçidilə davam etdiriləcək. 

  

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər