Sumqayıtda həvəskarlar arasında voleybol turniri başlayıb

652

Hər il sentyabr ayının 20–də ölkədə geniş qeyd olunan “Neftçilər günü” münasibətilə Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə müəssisələrarası voleybol turnirinin startı verilmişdir.
Sentyabrın 7-də başlanan və iki qrup üzrə 10 komandanın iştirak edəcəyi yarışlar Sumqayıtdakı 1 nömrəli uşaq-gənclər idman məktəbinin zalında keçiriləcəkdir. Qələbə uğrunda Birliyin voleybol komandaları ilə yanaşı, şəhərin müəssisə və idarələrinin, həmçinin mətbuat orqanlarının komandaları mübarizə aparacaqlar.
Peşəkar hakimlərin idarə edəcəyi yarışların qaliblərinə xüsusi diplomlar və pul mükafatları veriləcəkdir. İlk üç yeri tutacaq komandalarla yanaşı, mübariz oyun nümayiş etdirəcək daha bir komanda həvəsləndirici mükafata layiq görüləcəkdir.
Turnirə neftçilərin peşə bayramı günü ərəfəsində – sentyabrın 18-də yekun vurulacaqdır.

Ətrabə Rzayeva (AzərTAc)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər