Sumqayıtda “İfadə azadlığının sərhədləri” mövzusunda maarifləndirmə sessiyası keçirilib

547

Sumqayıtda “İfadə azadlığının sərhədləri” mövzusunda gənclər üçün hüquqi maarifləndirmə sessiyası keçirilib

27 sentyabr tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi tərəfindən təşkil edilən hüquqi maarifləndirmə sessiyası baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı çıxış edib.

“Gənclər üçün hüquqi savadlılıq” layihəsi çərçivəsində təşkil edilən bu sessiya gənclərə ifadə azadlığı mövzusunda hüquqi biliklər qazandırmaq və onların hüquq sahəsinə marağını artırmaq məqsədi daşıyırdı.

Gənclərin hüquqi savadlılığına dəstək olmaq və hüquq sahəsində biliklərini inkişaf etdirmək istiqamətində fəaliyyət göstərən layihə çərçivəsində keçirilən bu görüş gənclər tərəfindən maraqla qarşılanıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər