Sumqayıt şəhər Dövlət Dram Teatrında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, nəsimi irsini araşdıran alimlər, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhərdə ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində açılan sərgi ilə tanış olublar.
Daha sonra Sumqayıt Dövlət Dram Teatrının akt zalında davam edən tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və 650 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb.
Şəhər rəhbəri vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.
Vurğulanıb ki, həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha ətraflı araşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.
Filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü Teymur Kərimli çıxış edərək İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş söhbət açaraq şairin çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu bildirib. Akademik Nəsiminin yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasının tərənnümünün, mənəvi azadlığın, bəşəri dəyərlərin, insana sevginin və azadlığın geniş yer tutduğunu bildirib.
Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Alim Qasımovun, görkəmli aktyor, xalq artisti Rasim Balayevin, Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub, Nəsiminin qəzəllərindən nümunələr səsləndirilib.
Ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb
Sumqayit genci olaraq Zakir Ferecov ceneblarina oz minnetdarligimi bildirirem.Bu mohtesem tedbirin kecirilmesinde emeyi kecenlere minnetdaram.
Cox yuksek seviyyefe teskil olunmus tedbir idi. Emeyi kecen her kese tesekkur!
Sumqayıt şeher Icra Hakimiyyetinin başçısı Zakir Ferecovun sayesinde Imadeddin Nesiminin 650 illiyinin tedbiri tenteneli şekilde keçirilib, biz sumqayıt gencleri olarag bele tedbirlerin tez tez keçirilmesini isdeyirik..Bu tedbirde eziyeti olan her bir kese öz minnetdarlığımı bildirirem.
650ildir ki böyük Azerbaycan şairi İmadeddin Nesiminin adi Yaxın Şerqde mərdlik ,fədakarllq və iradə rəmzi kimi hörmətlə çəkilir və əsirlər boyu cekiləcəkdir.
Biz medeniyyet iscileri Zakir muellimin medeniiyyete edebiyyata bu cur yuksek seviyyede deyer vermesini destekleyiriq.