Sumqayıtda keçirilən ilk IELTS təqaüd proqramı yekunlaşdı

1820
Sumqayıtda, Reduco Tədris Mərkəzi tərəfindən ölkədə ilk dəfə həyata keçirilən IELTS təqaüd proqramı sona çatıb.
Proqramın 6 iştirakçısı IELTS sınaq imtahanı və müsahibə yolu ilə 150 nəfər namizəd arasından seçilmişdi. Təqaüd proqramının iştirakçıları 4 ay ərzində mərkəzdə IELTS dərslərində iştirak edib. Nəhayət, dekabr ayının 15-də proqram iştirakçıları rəsmi imtahanda iştirak edib. İştirakçılardan ikisi 7,5, biri 7, iki nəfəri 6,5, biri isə 6 bal toplayıb.
Mərkəz 2019-cu ildə daha bir neçə təqaüd proqramını reallaşdırmağı nəzərdə tutur.
Məlumat üçün bildirək ki, Reduco Tədris Mərkəzi dünyanın nüfuzlu universitet və dil mərkəzləri ilə əməkdaşlıq edir, hazırda Bakı, Sumqayıt və Şəmkirdə 3 filialı fəaliyyət göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər