Sumqayıtda Kitab Bayramı

610

Beynəlxalq Kitab Günü kimi qeyd olunan aprelin 23-də Sumqayıt şəhərində böyük kitab bayramı keçiriləcək.
Bayramda kitabsevərlər üçün satış yarmarkası təşkil olunacaq.
Burada Azərbaycan dilində çap olunmuş kitablardan əlavə, ingilis, türk və rus dillərində nəşr edilmiş yeni kitablarla tanış olmaq imkanı yaranacaq.
Bayramda yazarlar da iştirak edərək, öz kitablarından parçalar və şeirlər oxuyacaqlar.
Bundan başqa, tədbirdə uşaqlar üçün nağıl saatı təşkil olunacaq.
Peşəkar aktyorlar uşaqlara nağıl oxuyacaqlar, balaca kitabsevərlər üçün viktorina və oyunlar təşkil olunacaq.
Bayram “Azərkimya” İB və “Əli və Nino” kitab mağazalar şəbəkəsi tərəfindən təşkil olunacaq. Tədbir saat 10.00-da “Kimyaçı” Mədəniyyat Sarayında başlayıb, 16.00-da yekunlaşacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər