Dünyanı bürüyən koronavirus pandemiyası ümumtəhsil sistemi qarşısında da bir sıra təxirəsalınmaz vəzifələr qoydu. Bu gün 7 aylıq fasilədən sonra məktəblər fəaliyyətə başladı. Aylardır məktəbdən və sinif yoldaşlarından ayrı düşən şagirdlər qədər, təhsil ocağına ilk addımlarını atan birincilər də həyacanlıdır.
2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində Sumqayıtın ümumi təhsil müəssisələrində ümumilikdə 58000-dən çox şagirdin təhsil alacağı gözlənilir ki, bunun da 1500-ü TTEL-nin payına düşür.
Liseyin direktoru Rüxsarə Məmmədova açıqlamasında qeyd edib ki, bu gün 200 şagird təhsil müəssisəsinə ilk addımlarını atıb.
Direktor mövcud şəraitdə aparlan hazırlıqlardan və dərslərin cədvəllərə uyğun necə planlaşdırıldığından da danışıb: “Bu gün Operativ Qərargahın və Təhsil Nazirliyinin birgə hazırlayıb təsdiq etdiyi qaydalar əsasında 7 aylıq fasilədən sonra təhsil müəssisəmiz fəalyyətə başladı. Doğma şagirdləri üçün darıxan müəllimlər də ən az şagirdlər qədər həyacanlıdır. Mövcud şəraitə uyğun, müəyyən qadağalar və qaydalarla davam edəcək təhsil zamanı kollektiv olaraq öncəliyimiz şagirdlərin sağlamlığıdır. İbtidai sinif şagirdləri bu gündən həftənin iki günü ənənəvi şəkildə, (həftənin qalan günlərini distant olmaq şərti ilə) V-XI sinif şagirdləri dərslərə onlayn şəkildə başladı, oktyabrın 1-də isə epidemoloji vəziyyətdən asılı olaraq, onlar məktəbə tədricən qayıdacaqlar. Hələlik bu, Təhsil Nazirliyinin qərarı əsasında həftədə 2 ya 3 dəfə nəzərdə tutulub. İnternetlə və ya kompyuter, planşetlə əlaqəli problemləri olan müllim və şagirdlərimiz isə, 15-20 nəfərlik qruplarla məktəbə dəvət edilərək, məktəbin informatika kabinetlərində distant təhsillərini ala biləcəklər. Şagirdlərimizin təhsildən geri qalmaması üçün əlimizdən gələn bütün şəraiti şagirdlərimiz üçün yaradacayıq. Çalışacayıq ümumbəşəri problem olan pandemiya şəraitində uşaqlar təhsiilə bağlı heç bir problem yaşamasın. ”
Qeyd edək ki, artıq yola saldığımız təhsil ilində TTEL-i 57 məzun bitirib. Onlardan 4-ü xaricdə təhsil, 54 nəfəri isə 15-i 600 dən yuxarı bal toplamaqla yerli ali təhsil ocaqlarına qəbul olublar. xeberle.com