Sumqayıtda mağaza yandı

578

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının tavanı 15 kv.m sahədə, içərisində olan rəf, üzərinə yığılmış dəftərxana ləvazimatları 6 kv.m sahədə yanıb və yüksək temperaturdan 2 ədəd soyuducu əriyib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər