SUMQAYITDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNDU

932

İyulun 21-də IREX təşkilatı Sumqayıt İcma Məlumat Mərkəzində “22 iyul Milli Mətbuat günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirin təşkilində məqsəd Milli Mətbuat günü münasibətilə təşkilatla sıx əməkdaşlıq edən media nümayəndələrini təbrik etmək, onları IREX-in Azərbaycan nümayəndəliyi adından fəxri fərmanlarla təltif etmək və Sumqayıt şəhərində medianın durumunu müzakirə etməkdi.

Dəyirmi masada “168 saat” qəzeti, “Sumqayıt Xəbər” internet qəzetlərinin baş redaktorları, digər KİV nümayəndələri də iştirak edib. Dəyirmi masanı Sumqayıt İcma Məlumat Mərkəzinin rəhbəri Günel Rəcəbova açıb.

“Sumqayıt Xəbər” elektron qəzetinin baş redaktoru Eyvaz Qocayev hazırda Sumqayıtda medianın durumundan danışıb. O, internet istifadəçilərinin sayının get-gedə çoxalmasını qəzet satışının aşağı düşməsinə təsir edən əsas səbəb olduğunu vurğulayıb.

“İnsanlar informasiyanı internetdən daha çevik və ucuz əldə edirlər. Lakin buna baxmayaraq hələ də qəzetlərin oxucuları var və onlara təlabat hiss olunur. Odur ki, qəzetlər hər bir yolla öz oxucularını itirməməyə çalışmalıdırlar.

Daha sonra “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov Sumqayıtda qəzet sənayesinin qarşılaşdığı problemlərdən danışıb, onların aradan qaldırılması üçün gərəkən təkliflər irəli sürüb.

Sonda IREX Azərbaycanın direktoru Angela Nicoaranın imzaladığı fəxri fərmanlar sahiblərinə təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər