Sumqayıtda Milli Teatr günü qeyd ediləcək

594

“Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyinin təşəbbüsü və “Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin, eləcə də N. Nərimanov adına Mədəniyyət Evinin təşkilatçılığı ilə martın 9-da 10 mart- Milli Teatr gününə həsr olunmuş tədbir keçiriləcək.

Tədbirdə Azərbaycanın aparıcı teatrlarından, həmçinin Sumqayıt Dövlət Dram Teatrından nümayəndələr iştirak edəcək. Əlaqədar qurumların da qatılacağı tədbirdə Azərbaycanda peşəkar teatrın yaranmasının 139 illik, Sumqayıt Dövlət Dram Teatrının isə 44 illik tarixinə nəzər salınacaq, tamaşalardan fraqmentlər nümayiş olunacaq, görkəmli teatr xadimlərinin ömür yolundan bəhs edən video material təqdim ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər