Sumqayıtda “Moskviç” dərəyə aşdı, yaralılar var

712

Sumqayıt ərazisində ağır yol qəzası baş verib.
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində “Moskviç” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan şəxslər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi texnika vasitəsilə avtomobili dərədən çıxarıb.
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər