Sumqayıtda oğurluq edən şəxslər saxlanılıb

945

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də şəhər ərazisindəki evlərin birindən 400 manat və 100 ABŞ dolları, habelə 300 manat dəyərində qızıl sırğa və spirtli içki oğurlamaqda şübhəli bilinənlər – şəhər sakini A.Tişkin və Qobustan rayon sakini F.Nəsirov saxlanılıblar.

Şəhər Polis İdarəsindən AZƏRTAC–a bildirilib ki, F.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 1 köşkdən 234 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması, habelə A.Tişkinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən elektrik naqili və təmir-tikinti aləti oğurlaması müəyyən edilib.

Faktla bağlı Sumqayıt Polis İdarəsində araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər