Sumqayıtda orta məktəbdə ölüm hadisəsi

960

16 yaşlı qız dərsdə keçinib
Azərbaycanın Sumqayıt şəhərində orta məktəbdə ölüm hadisəsi baş verib. Bu barədə Lent.az-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə bu gün səhər saatlarında 36 saylı Sumqayıt şəhər orta məktəbdə qeydə alınıb. Məktəbin 10-cu sinif şagirdi, 1993-cü il təvəllüdlü Leyla Tərlan qızı Hüseynova dərs zamanı qəflətən keçinib. Dərhal hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin və şəhər Prokurorluğunun əməkdaşları gəlib.

Ekspertlərin gəldiyi ilkin görə, L.Hüseynova ürək çatışmazlığından dünyasını dəyişib. Lakin bununla belə 16 yaşlı məktəbli qızın ölümünün əsl səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Hafiz Heydərov
LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər