Sumqayıtda parad keçirildi

702

Sumqayıt məktəblilərinin təşkil etdiyi paradda 3 mindən çox məktəbli iştirak edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Sumqayıt məktəblilərinin hərbi paradı təşkil edilib. Paradda yuxarı sinif şagirdləri ilə yanaşı milli ordunun texnika və əsgərləri, texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tank və digər zirehli texnika maketləri, həmçinin ibtidai siniflərdə təhsil alan uşaqlar da iştirak ediblər.

Bir kilometrdən çox uzunluğu olan parad Heydər Əliyevin abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət edib.

Paradda Sumqayıt şəhər rəhbərliyi də iştirak edib. Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirmişdir ki, torpaqlarımızın 20%-i işğal altındadır və bu gün hərbi vətənpərvərlik tərbiyəsi prioritet məsələlərdəndir: “Bu baxımdan  bu cür tədbirlərin əhəmiyyəti çox böyükdür. Bu tədbir ulu öndərin ad günü ərəfəsində keçirilir. Bilirsiniz ki milli ordunun qurulmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Hesab edirəm ki bu tədbir gələcəkdə ənənəvi xarakter almalıdır”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • soltan
    May 6, 2011 - 20:16

    men bugunku gunde cox sad oldum

  • ulviyye
    May 6, 2011 - 20:39

    bu gun coox ela kecdi bu paraddan sonra mende milli vetenperverlik hissi daha da artdi bir anliq ozumu serhed xidmetinin bir numayendesi kimi hiss etdim men bu paradda TET Gimnaziyani temsil edirdim mence bizim kecidimiz yaxsi alindi!!!!

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər