Sumqayıtda polis oğrunu tutdu

1813

Dünən saat 8.00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs yaxalanıb.

sumqayitxeber.com DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan oğru 4-cü Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər