Sumqayıtda Prezident təqaüdçüləri ilə görüş keçirilib – FOTOLAR

2088

Şəhər Gənclər və İdman Baş İdarəsində 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş Sumqayıtlı gənclərlə görüş keçirilib.

İdarədən verilən məlumata görə, görüşdə Baş İdarəsininrəis əvəzi Mübariz Bəşirov çıxışedərək ilk öncə Prezident təqaüdünə layiq görülmüş tələbələri şəhərin gəncləri və idman ictimaiyyəti adından təbrik etmişdir. M.Bəşirov çıxışını davam edərək bildirmişdir: Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələrə olduğu kimi gənclər və idman sahələrinə də daim diqqət və qayğı ilə yanaşmış, onların hər tərəfli inkişafı üçün lazımi şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolunun artırılması, hərbi vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi, savadl və fiziki cəhətdən sağlam böyüməsi, dünyanın nüfuzlu ali məktəblərində təhsil alması, yaradıcı gənclərin üzə çıxarılması və könüllülük hərəkatının genişləndirilməsi məqsədilə Dövlət Proqramları imzalamışdır. Bu proqramların davamı olaraq 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının prioritet istiqamətləri üzrə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanın bölgələrində çoxsaylı respublika və beynəlxalq əhəmiyyətli tədbirlər hazırlanıb həyata keçirilir.

Gənclər və idman sahələri şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən də daim diqqət mərkəzində saxlanılmışdır. Hər il ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin, 2 Fevral – Gənclər günündə şəhərin fəal gənclərinin, həmçinin idmançılar və onların məşqçilərinin mükafatlandırılması buna bariz nümunədir. Son iki ildə tikilən sosial obyektlərin uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi sayəsində şəhərin ayrı-ayrı komandalarının, o cümlədən “Xəmsə” komandasının Milli intellektual oyunu üzrə Azərbaycan çempionatlarında, təhsil, rəsm və musiqi sahəsində şagirdlərin müsabiqələrdə uğur qazanmasına müsbət təsirini göstərməkdədir. Şəhər rəhbərliyinin təşəbbüsü ilə könüllülük fəaliyyəti genişləndirilmiş, gənclərin asudə vaxtının səmərəli keçirməsi üçün cari ildə 200-ə yaxın gəncin Quba rayonunda istirahəti təşkil edilmişdir.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Dövlət Gənclər siyasətinin əsas istiqamətlərini təşkil edən milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hisslərinin aşılanması, hüquqi maarifləndirilmə, intellektual inkişaf, asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən çəkindirilmə, istedadlı gənclərin üzə çıxarılması və digər mühüm sahələrdə aidiyyatı dövlət qurumları və ictimai təşkilatlarla birgə müxtəlif tədbirlər hazırlayıb hayata keçirir, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində məqsədyönlü işini uğurla davam etdirir.

M.Bəşirov çıxışının sonunda tələbələri Baş İdarənin istedadlı gənclərlə bağlı müxtəlif illərdə nəşr etdirdiyi kitabları barədə məlumat verdi, İdarənin Gənclərlə iş sektoru ilə sıx əlaqə saxlamaqlarını tövsiyyə etdi, ictimai fəallıqlarını artırılması ilə bağlı təşəbbüs və təkliflərini daim dəstəkləcəyini bildirdi.

Təbiət Elmləri Təmaüllü Gimnaziyanın direktoru Nizami Əhmədov, Təfəkkür Liseyinin müəllimi Pərviz Əliyev, Prezident təqaüdçüsü Eldar Əfəndiyev (700 bal) çıxışlarında göstərilən diqqət və qayğıya görə ölkə və şəhər rəhbərliyinə minnətdarlığını bildirmişlər.

Sonda Prezident təqaüdünə layiq görülmüş tələbələrə Baş İdarənin hədiyyələri təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər